6 Kəlbəcər məktəbində direktor müavinləri vəzifələrindən azad edilib.
Tehsil.biz Modern.az-a istinadən xəbər verir ki, buna səbəb həmin şəxslərin ali təhsilli olmamalarıdır.
Qeyd edək ki, Kəlbəcər Rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsinə təyin edilən Namiq Rəcəbovun rüşvətə, korupsiyaya, eləcə də qanunsuz fəaliyyətlə bağlı islahatlara başladığı bildirilir. Direktor müavinlərinin vəzifədən azad edilməsi də bu qəbildəndir.