Logo

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı imtahan keçiriləcək

25.06.2022 15:07 522 baxış
IMG

Ədliyyə Nazirliyi və Dövlət İmtahan Mərkəz iyulun 7-də ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçirəcək.

Tehsil.biz xəbər verir ki, imtahan mərkəzin Bakı şəhəri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən inzibati binasında saat 10.00-da başlayacaq.

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyasından bildirilib ki, bölgələrdə yerləşən nazirliyin icra və probasiya, habelə qeydiyyat qurumlarının (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla) hazırlıqlı gənc hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə davam edən müsabiqə üzrə müvafiq sayda namizəd qrupu formalaşdıqca test imtahanları keçirilir.

İmtahanda buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər azı 1 saat əvvəl gəlməli və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Şəxsiyyət vəsiqəsi olmadıqda namizəd imtahana buraxılmır.

Qaydalara əsasən test imtahanının nəticəsinə görə 55 və daha artıq bal toplamış namizədlərin zəruri sənədlərini təqdim etməsi, həmçinin onların yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər müsabiqənin ikinci mərhələsinə – söhbətə buraxılacaqlar.

Qeyd olunur ki, namizədlər müsabiqənin keçirilməsi ilə bağlı zəruri metodiki vəsaitlərlə nazirliyin internet səhifəsində "Qulluğa qəbul" bölməsində və elektron kabinetlərində tanış ola bilərlər. Bu sənədlər habelə, yerli ədliyyə qurumlarına müraciət edənlərə təqdim olunur.

Müsabiqədə iştirak edən hüquqşünaslar üçün test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə nazirliyin Ədliyyə Akademiyasında davamlı hazırlıq kursları keçirilir (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31).

Eyni zamanda bildirilir ki, hazırda müsabiqədə iştirakla bağlı ərizə qəbulu davam edir və nazirliyin bölgələrdəki yerli qurumlarında işləmək arzusunda olan ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər (www.exidmet.justice.gov.az). Xatırladırıq ki, namizədin yalnız elektron ərizə ilə müraciət etməsi kifayətdir. Ərizələr poçt vasitəsilə də göndərilə bilər (Bakı şəhəri, İnşaatçılar prospekti 1).

Xəbər lenti