İdman jurnalistikası magistr proqramının tələbələri İngiltərənin və dünyanın ən güclü futbol klublarından biri olan “Liverpul”un rəsmiləri ilə görüşüblər.
Tehsil.biz xəbər verir ki, görüş “Liverpul”un ev oyunlarını keçirdiyi “Enfild” stadionunda baş tutub.
Stadionun meneceri Stuart Beker və onun köməkçisi ilə görüşən magistrantlara həm klub, həm də oyunların təşkili zamanı həyata keçirilən işlər barədə ətraflı məlumat verilib.
Magistrantlar xüsusi qonaqların oyunu izlədiyi “VİP Lounch”larda qonaqların qarşılanma prosesi və hazırlıq mərhələlərini öyrənib, mətbuat konfransı zalında, futbolçuların paltardəyişmə otağında, idmançı və jurnalistlər üçün olan zonalarda iş prosesi ilə tanış olublar. Bundan başqa, Stuart Beker media tribunalarında və orada olan avadanlıqlar, geyim anbarlarında saxlanılan və klub tərəfindən satışa çıxarılan geyimlər, futbolçular üçün nəzərdə tutulan yeməkxana da daxil olmaqla stadionun bütün sektorlarında baş verən təşkilatı işlərin necə həyata keçirdiyi haqqında tələbələrimizi ətraflı məlumatlandırıb.
“İdman sahibkarlığı” modulunu tədris edən Ceyms Tukerin rəhbərliyi ilə magistrantlar növbəti günlərdə dünyaca məşhur digər klubların da oyun günü planlaması və iş prinsipi ilə tanış olacaqlar.