"Məktəblərin açılması ilə bağlı gələn həftə müvafiq qərarlar açıqlanacaq".
Tehsil.biz-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Ş. Mövsümov deyib ki, gələn həftə Təhsil Nazirliyi mətbuat konfransı keçirərək bununla bağlı müvafiq qərarları açıqlayacaq.