Logo

Bakıda avtomobil 9 yaşlı uşağı vuraraq ağır xəsarət yetirib

26.06.2022 15:18 330 baxış
IMG

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Bilgəh qəsəbəsində avtomobil yolu keçən 2013-cü il təvəllüdlü Ağaşov Həsən Maşallah oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin müştərək travması diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti