Logo

Meymunçiçəyi ilə bağlı QƏRAR verildi

26.06.2022 19:23 594 baxış
IMG

Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi xəstəliyinin qlobal sağlamlıq problemi olmadığına qərar verib.

Tehsil.biz xəbər verir ki, ÜST-nin baş direktoru Tedros Qebreyesus meymunçiçəyini inkişaf etməkdə olan sağlamlıq təhlükəsi kimi təsvir edib və bütün dünya hökumətlərini nəzarəti gücləndirməyə və yüksək risk altında olan insanların peyvəndlərə və antiviral müalicələrə çıxışı olduğundan əmin olmağa çağırıb.

Ümumdünya Səhiyyə Təşkilatı meymun xəstəliyinin hazırda beynəlxalq ictimaiyyət üçün hansı səviyyədə təhlükə yaratdığını müəyyən etmək üçün fövqəladə hallar komitəsini çağırıb.

Ən yüksək xəbərdarlıq səviyyəsi aktivləşdirilməsə də, Tedros Qeberyesus bildirib ki, epidemiya ciddi narahatlıq doğurur.

ÜST-dən bildirilib ki, meymun xəstəliyini dayandırmaq üçün hazırda kütləvi peyvənd etmək tövsiyə edilmir.

Xəbər lenti