Logo

Azərbaycanda daha bir tələbə dənizdə boğularaq öldü

27.06.2022 09:30 1077 baxış
IMG

Bakının Sabunçu rayonunda bir nəfər dənizdə batıb.

Tehsil.biz Modern.az-a istinadən xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü Əhmədov Novruz Elnur oğlu dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, N.Əhmədov Bakıda kirayədə yaşayırmış. O, Azərbaycan Texniki Universitetin üçüncü kurs tələbəsi olub.

Həmçinin oxuyun: Dənizdə batan gənc tələbə imiş... - FOTOLAR

Xəbər lenti