Logo

"Kollecdə təhsil alanlara möhlət hüququ verilməsi doğru deyil" -Təhsil eksperti

27.06.2022 11:49 932 baxış
IMG

"Orta ixtisas təhsil müəssisələrində təhsil alan oğlanlara hərbi xidmətə görə möhlət verilməsi təklifi doğru deyil".

Bunu "Tehsil.biz"ə təhsil üzrə ekspert Kamran Əsədov deyib.

O bildirib ki, Azərbaycan Respublikasında 59 orta ixtisas təhsil müəssisəsi var:

"Hər il təhsil müəssisələrinə minimun 150-200 oğlan daxil olarsa, bu rəqəm ümumilikdə 10 min nəfəri ötür. Hər il 10 mindən artıq oğlana bakalavr və magistr pilləsində təhsil aldığı üçün möhlət hüququ verilir. Bununla yanaşı hər iki valideyni I qrup əlil olan, valideyninin birini itirib, digəri 1-ci qrup əlil olan, hər ikisi əlil olan və həmin şəxsin himayəsində olan, eyni zamanda 3 övladı olan şəxslərə, ali təhsilin bakalavr və magistr pilləsinə hərbi xidmətdən möhlət hüququ verilir. Kollecdə təhsil alanlara möhlət hüququ verilməsi qanunla doğru deyil".

Ekspertin sözlərinə görə, tələbənin təhsil müddəti üçün möhlət hüququnun verilməsinin təxirə salınması məsələsi yalnız on birinci sinifdən sonra kollecə daxil olan gənc sonuncu kursda yetkinlik yaşına (on səkkiz yaşına) çatdıqda müsbət həll edilə bilər:

"Təcrübədə yuxarıda göstərilən qayda tətbiq edilmir, çünki ümumi orta təhsil haqqında sənədin alındığı günə qədər gənc on səkkiz yaşına çatmış olur: Beləliklə, müddəti üç ildən çox olan kollecdə təhsil müddəti nəzərə alınmaqla, vətəndaş iyirmi yaşında orta ixtisas təhsili haqqında diplom alır”.

Xəbər lenti