Logo

İmtahan zamanı buraxılan səhvlər - Bunlara əməl edilməlidir

16.01.2021 12:25 1043 baxış
IMG

İmtahanlara girən abituriyentlər bəzi səhvlər etməməsi üçün mütləq aşağıda yazılanlara diqqət eləməlidirlər. Çünki, imtahan zamanı ən yaxşı çalışqan abituriyent belə diqqətsizliyi ucbatından səhv edə bilər.

 

İmtahan zamanı səhv etməmək üçün abituriyentlər aşağıdakılara əməl eləməlidir:

 

- Testin suallarını diqqətlə və ən azı 2 dəfə oxumaq lazımdır.

 

- Sualın həllini tapmazdan əvvəl onun həlli yollarını diqqətlə araşdırmaq lazımdır.

 

- Sualı tez oxuyub, cavabı vaxtında yazmağa tələsməmək lazımdır.

 

- Əvvəllər sınaq imtahanlarında olmusunuzsa, imtahan üçün ayrılmış vaxt səni qorxutmayacaq.

 

- Əvvəlki sınaq imtahanlarda həll edə bilmədiyiniz sualların cavablarını imtahanlardan sonra həllinə çalışmışdınızsa bu növbəti imtahanlarda sizin xeyrinizə olacaq.

 

- Həddindən artıq təmiz bir ortamda, tamamilə səssiz bir yerdə çalışmaq diqqətinizi cəmləşdirməməyə səbəb ola bilər.

 

- İmtahan zamanı eyni vəziyyətdə oturmaq abituriyenti yora bildiyinə görə, arada bir başını qaldırıb ətrafa baxmaqda fayda var.

 

Bu 2-3 dəqiqəlik olsa belə, imtahan verən şagirdin diqqətini cəmləməyə kömək ola bilir.

Xəbər lenti