Logo

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Şuşada əsgərlərlə görüşüb - FOTOLAR

27.06.2022 19:39 396 baxış
IMG

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Şuşada qulluq edən bir qrup əsgər və zabitlə görüşüb.

Tehsil.biz xəbər verir ki, hərbçilərimizi 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edən Q.Paşayeva, “Şuşa İli”ndən, Şuşanın qeyri adi üsulla azad edilməsindən, ümumən Milli Ordumuzun tarixindən, 44 günlük müharibədəki tarixi Zəfərimizi Dünya Azərbaycanlılarının, Türk dünyasının böyük qüruru kimi xarakterizə edib, Ordumuzu Qafqazın ən güclü ordusu adlandırıb.

“Əziz hərbçilərimiz, sizlər xoşbəxt insanlarsız. Xoşbəxtsiz ki, əziz Şuşada xidmət edirsiz. İnanıram ki, sizlər Şuşada hərbi xidmətin şərəf və məsuliyyətinin yüksək dərəcədə fərqindəsiz.

Sizi, sizin timsalınızda işğaldan azad edilmiş ərazilərimizdə xidmət edən hərbçilərimizi, bütün Ordu mənsublarımızı ürəkdən təbrik edir, uğurlar diləyirəm! Var olun!” ,- Qənirə Paşayeva bildirib.

Q.Paşayeva və onunla birgə görüşdə iştirak edən vətəndaş cəmiyyəti institutlarının rəhbərləri, iş dünyasının təmsilçiləri - Nəfəs İB-nin sədri Firəngiz Balakişiyeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova,  “UMAY – Türk dünyası Qadınlarına dəstək” İB-nin sədri Vəsilə Abulova, Unity Company MM-nin rəhbəri Fikrət Əliyev və sözügedən şirkətin meneceri Zərifə Arzumanova, rejissor Elnurə Kazımova, ictimai fəal xanımlar Rəna Əmirəliyeva, Nilufər Lətif, Şəhla Əliyeva, Nigar Əlizadə, şair Sərvər Kamranlı hərbçilərimizə Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

Xəbər lenti