Logo

DİM bu abituriyentlərə müraciət etdi

28.06.2022 09:28 252 baxış
IMG

Abituriyentlər Bakıda fəaliyyət göstərən aşağıdakı komissiyaları üzrə "İmtahana buraxılış vərəqələri"ni çap edə bilərlər.

Tehsil.biz xəbər verir ki,  Abituriyentlər Bakıda fəaliyyət göstərən aşağıdakı Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları üzrə "İmtahana buraxılış vərəqələri"ni çap edə bilərlər. Digər komissiyalar üzrə buraxılış vərəqələrinin verilməsi haqqında məlumat veriləcək.

Komissiya

Komissiya kodu

Təsviri sənət (ADRA nəzdində İncəsənət Kolleci)

210

Təsviri sənət (Bakı-digər müəssisələr)

211

Heykəltəraşlıq

212

Fiziki tərbiyə müəllimliyi

152, 452, 552, 652, 752, 852, 952


İmtahana gələn abituriyentlər aşağıdakı sənədləri gətirməlidirlər:

-      imtahana buraxılış vərəqəsini; 

-      şəxsiyyəti təsdiq edən sənədin əslini: 

-     bədən tərbiyəsi və idman istiqaməti üzrə imtahan verənlər sağlamlıq haqqında arayışı (086U formalı tibbi arayış);

a)   Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; 

b)   əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; 

-  Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Gecikən abituriyentlər qabiliyyət imtahanına buraxılmayacaqlar.

Xəbər lenti