Logo

8 gün komada olan məktəbli sağlamlığına qovuşdu - FOTO

28.06.2022 10:25 312 baxış
IMG

Piyadanın vurulması nəticəsində ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilən və 8 gün komada olan yeniyetmə sağlamlığına qovuşub.

Tehsil.biz xəbər verir ki, gətirilərkən süni tənəffüs aparatında olan və qəzadan sonra komaya düşən, Mərkəzin üç fərqli şöbəsində çoxsaylı tibbi müdaxilələr görən yeniyetmə üçün hazırda hər hansı həyati təhlükə yoxdur.

Yaxınlarının sözlərinə görə, 2010-cu il təvəllüdlü məktəbli 27 may tarixində dərsdən çıxıb, marketə gedərkən yolda maşın vurub. Hadisə Qusar rayonda baş verib.

Yeniyetmə 10 gündən artıq (onun 8 günü koma vəziyyətində) Mərkəzin Reanimasiya şöbəsində qalıb və müvafiq intensiv prosedurlar həyata keçirildikdən sonra tədricən özünə gəlib. Daha sonra qapalı kəllə-beyin travması, beyinin sol alın payının əzilməsi diaqnozu ilə Neyrocərrahiyə şöbəsinə köçürülüb və orada müalicəsi davam etdirilib. Bunun ardınca isə hər iki almacığın, burunun, o cümlədən çənənin sağ və sol payının çoxsaylı, qəlpəli yerini dəyişmiş sınıqları səbəbindən Mərkəzin Üz-çənə şöbəsinə yerləşdirilib. Artıq bu şöbədə də nəzərdə tutulan cərrahi əməliyyatlar uğurla başa çatdırılıb.

Hazırda yeniyetmənin vəziyyəti stabildir. Bir neçə gün sonra ambulator müalicə üçün evə buraxılacaq.

Xəbər lenti