Logo

UNEC: 7 ayda 100-ə yaxın elmi məqalə “Scopus” bazasında indekslənib

28.06.2022 13:12 304 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) akademik heyətinin 7 ayda 100-ə yaxın elmi məqaləsi “Scopus” bazasında indekslənib.

Tehsil.biz xəbər verir ki, elmi bazalarda indekslənən əsərlərin aylar üzrə bölgüsünə əsasən noyabrda 10, dekabrda 10, yanvarda 24, fevralda 17, martda 19, apreldə 8, mayda 10 məqalə cap olunub.

Qeyd edək ki, ali təhsil müəssisələrinin tədqiqat universiteti statusu qazanması istiqamətində tələblərdən biri də nüfuzlu elmi platformalar olan “Scopus” və “Web of Science” bazalarında indesklənən nəşrlərdə universitet əməkdaşlarının əsərlərinin dərc olunmasıdır.

Bu məqsədlə UNEC-in professor-müəllim heyətinin “Scopus” platformasında institusional profili https://www.scopus.com/affil/profile.uri?afid=60086039 mövcuddur. Linkə keçid edərək həmin bazada indekslənən UNEC nümayəndələri və onların elmi əsərləri ilə tanış olmaq mümkündür.

Xəbər lenti