Logo

Yeddi yaşlı Şəfa cəmi iki saat şagirdlik hissini yaşaya bilib - FOTO

28.06.2022 13:41 364 baxış
IMG

Yeddi yaşlı Ramazanova Şəfa xərçəng xəstəliyindən əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun atası Ramazanov Ruslan məlumat verib.

O qeyd edib ki, övladı bir ildən çoxdur ki, böyrəküstü vəzin xərçəngi ilə mübarizə aparır:

“Qızımın xəstəliyini biləndə artıq o, məktəbə hazırlaşırdı. Birinci sinfin ilk günü cəmi iki saat parta arxasında otura bildi. Onu dərhal məktəbdən götürüb Milli Onkologiya Mərkəzinə apardıq. Şəfa Türkiyədə əməliyyat olunmalıdır. Ona sümük iliyi nəql edilməlidir. Donor Almaniyada tapılsa da, əməliyyatın qiyməti 130 min dollar olduğu üçün qızımı bu amansız xəstəliyin əllərindən ala bilmirəm. Yardımsevər insanların dəstəyi ilə 10 min manat pul yığılsa da, qalan pulu toplamaq mümkün olmayıb. Xalqımızdan qızımızı xilas etmək üçün bizə kömək etmələrini xahiş edirəm”.

Atası ilə əlaqə nömrəsi: 055 713 53 13

Xəbər lenti