Azərbaycan məktəbində şagirdlərə İranın ali dini lideri Xameneyiyə həsr olunan mahnı oxudulması görüntüləri araşdırılır.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, nəticə barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, görüntülərin Yevlax rayonundakı məktəblərin birində çəkildiyi güman olunur. Videoda müəllim şagirdlərlə birlikdə Xameneyiyə həsr olunmuş “Salam fərmandeh” mahnsını ifa edir. Görüntülər sosial etiraza səbəb olub.