Logo

Göygöl Təhsil Mərkəzindən 300-ə yaxın şagird GDU-da olub

28.06.2022 15:35 77 baxış
IMG

Göygöl Təhsil Mərkəzinin Gəncə, Şəmkir, Balçılı filiallarından 300-ə yaxın şagird “Bizimlə yay” layihəsi çərçivəsində Gəncə Dövlət Universitetində (GDU) olub.

Tehsil.biz xəbər verir ki, şagirdlər ali məktəbin fənn kabinələri, laboratoriyaları, kitabxanaları, muzeyləri, idman zalı, akt zalı, bufet və digər otaqlarda yaradılmış şəraitlə yaxından tanış olublar.

Tədbirdə Göygöl Təhsil Mərkəzinin rəhbəri Bünyat Balakişiyev, icraçı direktor Sənan İsayev, filialların direktorları- Yusif Abbasov, Aytən Verdiyeva, Sevinc Quliyeva və rəhbər müəllimlər iştirak ediblər.

GDU-nun Təcrübə və karyera  şöbəsinin müdiri Cabbar Qarayev universitetin beynəlxalq əlaqələri, uğurları haqqında ətraflı məlumat verib.

Xarici dillər fakültəsin dekanı Əjdər Əsgərov, filologiya fakültəsinin dekanı Zakir Ələsgərov, Alman dili kafedrasının müdiri Elvin Atakişiyev, Tələbə Gənclər Təşkilatının sədri Fuad Dadaşov universitetin tədris korpusunda yaradılmış şəraitlə bağlı şagirdləri bilgiləndirib.

Tədbirin sonunda universitetin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Xəbər lenti