Logo

“İnsan resurslarının idarə edilməsinə ümumi baxış“ mövzusunda təlim təşkil olunub

28.06.2022 16:14 209 baxış
IMG

Dövlət İmtahan Mərkəzi tərəfindən 28 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşları üçün “İnsan resurslarının idarə edilməsinə ümumi baxış“ mövzusunda təlim keçirilib.

Tehsil.biz xəbər verir ki, təlim zamanı DİM-in əməkdaşı Miranə Rüstəmli tərəfindən iştirakçılara insan resurslarının idarə edilməsinin əsas funksiya və prinsipləri, əmək bölgüsü və əmək kooperasiyasının növləri, vəzifə təlimatlarının düzgün müəyyənləşdirilməsi qaydaları, kadrların seçilməsi, yerləşdirilməsi, kadr siyasəti, kadrlarla aparılan işlərin əsas prinsipləri, problemləri, müsahibələrdə səriştələrin müəyyənləşdirilməsi metodları və s. məsələlər barədə ətraflı məlumat verilib.

Təlimin ikinci hissəsi 29 iyun 2022-ci il tarixində keçiriləcək.

Qeyd edək ki, DİM mütəmadi olaraq dövlət qurumları, özəl sektor və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlər təşkil edir.

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 3105316 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.

Xəbər lenti