Logo

Təhsil İdarəsindən Bakı məktəbindəki yanğınla bağlı AÇIQLAMA - YENİLƏNİB

28.06.2022 17:37 189 baxış
IMG

İyunun 28-də təxminən saat 16:30 radələrində Bakı şəhəri Sabunçu rayonu 68 nömrəli tam orta məktəbdə naməlum səbəbdən yanğın baş verib.

Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, yanğın məktəbin əsas tədris binasının 2-ci mərtəbəsində olduğu bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri cəlb olunub və hazırda yanğına müdaxilə prosesi davam edir.

Məktəb rəhbərliyinin məlumatına əsasən xəsarət alan yoxdur.

***

17:23

Bakının Sabunçu rayonu, Sabunçu qəsəbəsində orta məktəb binasında yanğın başlayıb.

Tehsil.biz FHN-ə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Sabunçu qəsəbəsində orta məktəb binasında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Xəbər lenti