Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov tərəfindən 2022-ci ilin iyul ayının 21-də saat 10:00-da Qəbələ rayon Mədəniyyət Mərkəzində (Ünvan: Qəbələ rayonu, Həzi Aslanov küçəsi 12) Qəbələ və Oğuz rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Bu barədə "Tehsil.biz"ə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, vətəndaşlar 17 iyul 2022-ci tarixinə qədər nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.