Logo

BDU-nun həmtəsisçisi olduğu beynəlxalq jurnalın impakt faktoru 3.898-dən 4.771-ə qalxıb

28.06.2022 19:52 281 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi-Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun da həmtəsisçisi olduğu “Applied and Computational Mathematics” beynəlxalq jurnalının  WoS bazasında  təsir əmsalı (impakt faktoru) 3.898-dən 4.771-ə, beş illik təsir əmsalı isə 2.752-dən 3.172-yə qalxıb.

Tehsil.biz xəbər verir ki, bu jurnal tətbiqi riyaziyyat üzrə yer alan 267 jurnal içərisində 4-cü yerdə qərarlaşıb, MDB məkanı üzrə isə liderliyini saxlayaraq 1-ci yerdədir.

Jurnalın  həmbaş redaktorları akademiklər Fikrət Əliyev və Əli Abbasovdur. Baş redaktor müavinləri AMEA-nın müxbir üzvü Vaqif Quliyev, Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Akdeniz Universitetinin professoru Nazim Mahmudov, dosent Nərgiz Səfərovadır.

Xəbər lenti