Logo

“Sağlam böyümək istəyirəm” devizi ilə sadə idman növləri üzrə açıq turnirlərə start verilib - FOTOLAR

28.06.2022 20:00 322 baxış
IMG

Nərimanov rayonunda “Sağlam böyümək istəyirəm” devizi ilə sadə idman növləri üzrə açıq turnirlərə start verilib.

Rayon gənclər və idman idarəsindən verilən məlumata görə, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov adına 291 nömrəli “Ekologiya” liseydə idarənin təşkilatçılığı ilə dayaqlı vəziyyətdən qolların bükülüb-açılması, iplə tullanma, turnikdə dartınma, halqa fırlatma, 50 metr qaçış üzrə şagirdlər arasında turnir keçirilib.

Turnirdə Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, rayon gənclər və idman idarəsinin rəisi Nəcəf Novruzov, liseyin direktoru Arif Əsədov, müəllim heyəti və idmana həvəsi olan şagirdlər iştirak ediblər.

Sonda turnir iştirakçıları idarə tərəfindən sertifikatlarla, hər növ üzrə birinci yeri tutan qaliblər isə diplomlarla təltif olunublar.

Xəbər lenti