Logo

Burada təhsil almaq üçün ən azı 64 min dolların olmalıdır - Dünyanın ən bahalı universitetləri FOTO

17.01.2021 11:24 923 baxış
IMG

Universitelərdə təhsil haqqı məsələsi hər zaman gündəmdə olan mövzulardandır. Xüsusilə ABŞ-dakı universitetlərin təhsil haqqlarının digər ölkələrin universitetlərindən daha baha olduğunu söyləmək olar.

 

Tehsil.biz dünyanın ən bahalı universitetlərini təqdim edir:

 

Klermont Makkenna Üniversiteti (Claremont McKenna)
Yer: Kaliforniya, ABŞ
Təhsil haqqı: 64,325 dollar
“Princeton Review” şirkətinin hesabatına görə, Qərbi Amerikanın ən yaxşı universiteti olan “Claremont McKenna” həmçinin ölkənin ikinci xoşbəxt universitetidir. Belə ki, amerikalı iş adamı Peter Thum, siyasətçi David Dreier və aktyor Robin Uilyams kimi məşhurlar sözügedən universitetin məzunları olublar.

 

 

Çikaqo universiteti ( The University of Chicago)
Yer: Çikaqo, ABŞ
Təhsil haqqı: 64,965 dollar
Bu universitet 1890-cı ildə ABŞ-ın ən yaxşı ali təhsil universiteti seçilib. Bu universitetə bir çox fərqli ölkədən tələbələr müraciət edir. Universitetin tələbə sayı hazırda 15.312 nəfərdir və dünyanın ən böyük universitetidir. Universitetin təhsil, ticarət, siyasət, elm, tədqiqat və əyləncə sahələrində çox sayda uğurlu məzunu var. Çikaqo Universitetinin məzunları arasında “Microsoft”un baş direktoru Satya Nadella, Amerika şirkəti “Oracle”-ın təsisçisi Larry Ellison və ABŞ-ın Milli Basketbol Assosiasiyasının (NBA) vəzifəli şəxsi Adam Silver yer alır.

 

 

Vesleyan Universiteti (Wesleyan University)
Yer: Konnektikut, ABŞ
Təhsil haqqı: 65.443 dollar
Vesleyan Universiteti Konnektikutda yerləşir. Universitet 1831-ci ildə qurulduqda yalnız oğlan tələbələrə dərs verirdi. 1872-1909-cu illərdə qadınları namizəd olaraq qəbul edən universitet, 1970-ci ildə tamamilə qızların və oğlanların birlikdə dərslərə girməsinə icazə verib.

 

 

Sara Lourens (Sarah Lawrence )
Yer: Nyu York, ABŞ
Təhsil haqqı: 65,630 dollar
1926-cı ildə qurulan universitet yarandığı gündən bəri sənət və humanitar elmlər üzrə təhsil verib. Universitetin əsasını amerikalı milyonçu Uilyam Van Duzer Lourens qoyub. O, Vestçesterdə şəxsi mülkiyyətində təhsil müəssisəsi açıb və ora arvadı Saranın adını verib. Burada 8 tələbəyə bir müəllim düşür. Bu universitetdə bir çox aparıcı, peşəkar və yenilikçi qadınlar müxtəlif sahələrdə təhsil alıb. Yaponiyalı rəssam Yoko Ono, aktrisa Siqurni Uiver, jurnalist Barbara Valters, yazar Alise Valker, hüquq professor Şaron Hom kimi məşhur şəxslər məktəbin məzunlarıdır.

 

 

Nyu York universiteti (New York University)
Yer: New York, ABŞ
Təhsil haqqı: 65,850 dollar
Nyu-York Universiteti ABŞ-ın Nyu-York ştatının Nyu-York şəhərində yerləşən özəl ali təhsil müəssisəsi olan ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir.
Dünyanın hər yerindən tələbələrin müraciət etdiyi universitet 1831-ci ildə qurulub. Manhattandakı Qreenviç şəhərciyindən başqa Nyu York Universiteti Accra, Berlin, Buenos Aires, Florence, London, Madrid, Paris, Praqa, Sidney və Tel Aviv şəhərciklərinə də sahibdir. Ölkədəki ən çox tələbə sayına sahibdir. Universitetdə 2015-ci il tarixinə 57.245 tələbə var idi. Universitetdə keçmiş NASA Johnson Space Center-in baş mühəndisi Jay Shanley də daxil olmaqla müxtəlif sahələrdə fərqlənən məzunlar var.


 

Kolumbiya universiteti (Columbia University)
Yer: Nyu York, ABŞ
Təhsil haqqı: 66,383 dollar
Amerikanın ən qədim universiteti olan Kolumbiya Universiteti böyük bir ərazidə inşa edilib və 1754-cü ildə Böyük Britaniya Kralı II George tərəfindən qurulub. Universitet ABŞ-da magistr dərəcəsi verən ilk ali təhsil müəssisəsi adını daşıyır. Kolumbiya -universitetinin Amman, Pekin, İstanbul, Paris, Mumbai və Rio de Janeiro kimi bir çox böyük şəhərlərdə düşərgələri var. Universitet bir çox sahələrdə tanınmış məzunlar yetişdirib.

 

 

Dartmouth universiteti (Dartmouth University)
Yer: Hanover, ABŞ
Təhsil haqqı: 67,044 dollar
Dartmouth universiteti 1769-cu ildə amerikalı nazir və pedaqoq Eleazar Velok tərəfindən qurulmuş və ABŞ-ın 9-cu ən qədim universitetidir. Həm də Amerika İnqilabından əvvəl qurulan 9 universitetdən biridir.

 

 

Cons Hopkins Universiteti (Johns Hopkins University)
Yer: Merilend, ABŞ
Təhsil haqqı: 68,852 dollar
Cons Hopkins Universiteti xüsusi bir akademik qurumdur. ABŞ-ın Merilend ştatının Baltimor şəhərində yerləşən özəl elmi-tədqiqat mərkəzidir. Universitetin Merilend ştatında salınan şəhərciklərindən əlavə, Vaşinqtonda, Kolumbiyada, İtaliyada, Çində və Sinqapurda da kampusları mövcuddur. Cons Hopkins Universiteti Amerika Universitetləri Assosiasiyasının 14 üzvündən biridir. 2009-cu ilin martından Ronald Daniels universitetə prezident təyin edilib. Universitetin 33 məzunu Nobel mükafatına layiq görülüb.
1873-cü ildə xeyriyyəçi Cons Hopkins varisi olmadığından öz var-dövlətini universitet və xəstəxana tikintisinə sərf etməyə qərar verir və bu məqsədlə vəsiyyətnaməsində 7 milyon dollar ayrılmasını qeyd edib. ABŞ tarixində bu, ən böyük məbləğdə xeyriyyə vəsiyyətnaməsi olub. Beləliklə, 22 fevral 1876-cı ildə yaradılan ali təhsil ocağına Cons Hopkins Universiteti adı verilib.

 

Harvey Mudd universiteti (Harvey Mudd Univercity)
Yer: Kaliforniya, ABŞ
Təhsil haqqı: 70,853 dollar
Harvey Mudd dünyanın ən bahalı universitetidir. 1955-ci ildə qurulmuş özəl bir universitetdir. Universitet texnoloji, mühəndislik və riyaziyyatla yanaşı humanitar, sənət və ictimai elmlərə də diqqət ayırır. Harvey Mudd universiteti eyni zamanda riyaziyyat sahəsində aparıcı bir elm və mühəndislik müəssisəsidir.

 

Müsavat.com

Xəbər lenti