Logo

11-ci sinif şagirdi suda boğularaq ölüb

28.06.2022 21:08 258 baxış
IMG

Göyçay rayonunda yeniyetmə oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Tehsil.biz xəbər verir ki, Bığır kənd sakini - 16 yaşlı Qurbanov Əlibala Yalçın oğlu bu gün axşam saatlarında Qızılağac kəndi ərazisindəki su arxında dostları ilə birgə çimərkən ehtiyatsızlıqdan boğulub.

Əraziyə gələn polis əməkdaşları 11-ci sinif şagirdi Əlibala Qurbanovun meyitini sudan çıxararaq ailəsinə təhvil veriblər.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər lenti