Logo

ASAPES-də magistr dissertasiyalarının müdafiəsi keçirilib

28.06.2022 22:07 259 baxış
IMG

İyunun 28-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) magistratura təhsil səviyyəsi üzrə “Bədən tərbiyəsi və idman” ixtisasının tədrisi ingilis dilində aparılan həkimlər üçün “İdman tibbi və reabilitasiya” ixtisasının II tədris ilində təhsil alan tələbələrinin magistrlik dissertasiyalarının müdafiəsi keçirilib.

Tehsil.biz xəbər verir ki, müdafiə Akademiya rektorunun əmri ilə tərkibi təsdiq edilmiş əcnəbi və yerli mütəxəssislərdən ibarət İxtisaslaşdırılmış Şura üzvləri tərəfindən aparılıb.

Magistrlik dissertasiyalarının müdafiəsi Akademiyanın konfrans zalında video və foto çəkiliş aparılmaqla təsdiq olunmuş qrafikə uyğun olaraq təşkil edilib. Magistrantlar tədqiqat apardıqları mövzular üzrə geniş məruzələr edərək verilən sualları ətraflı cavablandırıblar.

Qeyd edək ki, həkimlər üçün “İdman tibbi və reabilitasiya” magistr proqramının rəhbəri Böyük Britaniyanın UCL Universitetinin professoru, UCL-in İdman, Məşq və Sağlamlıq İnstitutunun (Institute of Sports, Exercise and Health) aparıcı eksperti, Böyük Britaniyanın Kral Tibb Cəmiyyətinin İdman Tibbi Bölməsinin vitse-prezidenti, idman tibbi üzrə Avropa Standartının müəllifi, Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti Maykl Pol Luzmordur (Michael Paul Loosemore).

Xəbər lenti