Logo

Təhsil naziri Mingəçevir Dövlət Universitetində olub - FOTOLAR

28.06.2022 22:16 113 baxış
IMG

İyunun 28-də təhsil naziri Mingəçevir Dövlət Universitetində (MDU) olub.

Tehsil.biz xəbər verir ki, nazir əvvəlcə MDU-nun cari il üzrə magistratura məzunlarının dissertasiya işlərindən ibarət “Poster Sessiyası”na baxış keçirib. Mühəndislik, iqtisadiyyat və təhsil istiqamətləri üzrə magistratura məzunları ilə səmimi söhbət edən nazir onların tədqiqat işlərinin nəticələri ilə tanış olub və məmnunluğunu ifadə edib.

Daha sonra təhsil naziri universitetin professor-müəllim və tələbə heyəti ilə görüş keçirib. Emin Əmrullayev ölkəmizdə ali təhsilin inkişafına dövlət başçısı və Birinci vitse-prezident tərəfindən göstərilən yüksək diqqət və qayğıdan bəhs edib, MDU-nun son illərdəki uğurlu inkişafını vurğulayıb, ali təhsilin əlçatanlığının artırılması istiqamətində görülən işlərdən danışıb, bu təhsil səviyyəsinin keyfiyyətinin daha da yüksəldilməsi üçün nəzərdə tutulan tədbirləri diqqətə çatdırıb. Səmimi formatda keçən görüşdə təhsil naziri iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Emin Əmrullayev MDU Məzun Günü – 2022 tədbirində də iştirak edib. Məzunları təbrik edən nazir onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Akademik göstəricilərinə və universitetin ictimai həyatında iştirakına görə fərqlənən məzunlara Fəxri Fərmanlar təqdim edən nazir məzunlarla xatirə şəkilləri çəkdirib.

Sonda MDU-nun yeni kampusunun tikiləcəyi əraziyə baxış keçirilib və layihə haqqında nazirə məlumat verilib.

Xəbər lenti