Logo

"Elm və din birgə mümkün deyil" - Təhsil eksperti

28.06.2022 23:50 497 baxış
IMG

"Azərbaycan Respublikası müstəqil, tolerant, multikurtural dövlətdir".

Bu sözləri "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

O bildirib ki, ölkə konstitusiyasında da göstərildiyi kimi din dövlətdən ayrıdır:

"Hər kəsin dini etiqad azadlığı var və bu şəxsin özünə görədir. Heç kim heç kimi hansısa dinə, təriqətə, cərəyana təhrik edə bilməz. Qanunvericilik buna icazə vermir. Dini inancın və ya başqa inancın varsa, özünə görə. Sənə kimsə ixtiyar verməyib ki, başqasını təhqir, tənqid edəsən ki, niyə xristian, islam və ya sionist deyilsən?! Özü bilər. Kimi atesitdi, kimi deist. Qarışmağa heç kimin haqqı yoxdur!"

Elçin Əfəndi deyib ki, təhsil sferasında ümumiyyətlə din təbliğatı yolverilməzdir:

"Din deyərkən təkcə islam nəzərdə tutulmur. Bura xristian, iudaizm, buddizm, sionizm və s. kimi din və cərəyanlar daxildir. Xüsusilə də dini lider, ayətullah, Allahşükür və s. təbliği qətiyyən olmaz. Elm və din birgə mümkün deyil. Elm hər zaman dindən kilometrlərlə uzaqdadır. Bunları yanaşı qoymaq olmaz".

Ekspert son günlərdə ciddi müzakirələrə yol açan məsələyə də münasibət bildirib.

"Bu yaxınlarda Yevlax rayonunda bir müəllim hansısa ayətullahın təbliğatı ilə məşğul idi. Belələri dərhal işdən uzaqlaşdırılmalıdır", - deyə Elçin Əfəndi qeyd edib.

Xəbər lenti