Logo

Hibrid təhsil - faydaları, xüsusiyyətləri, üstünlükləri...

17.01.2021 12:11 1956 baxış
IMG

Yəqin ki, bir çoxunuz hibrid müharibə, hibrid insan və s müasir dövürdə terminə çevrilən bu sözləri çox eşitmisiniz. Bəli bu sözlərdən sonra bizim dilimizə “Hibrid təhsil” termini də daxil oldu. Gəlin öyrənək ümumiyyətlə Hibrid Təhsil nədir?

 

Hibrid təhsil – vəziyyətdən asılı olaraq təhsil mühitinin yaradılması üçün yeni, qabaqcıl texnologiyaların köhnə, sınanılmış metodlar ilə birləşməsindən ibarət bir təhsil formasıdır. Yəni məsələn ənənəvi təhsil sistemi müəyyən səbəblərdən öz işini icra etmirsə və yaxud icra edə bilmirsə, o zaman digər alternativ təhsil növlərinin tətbiqi elə hibrid təhsilinin tətbiqi deməkdir.

 

Hibrid təhsilin xüsusiyyətləri nədir və o özündə nələri cəmləyir?

 

  • özündə klassik və yeni texnologiyaları birləşdirir
  • Bu təhsil bütün tələbələr üçün yəni həm klassik təhsilə öyrəşənlər və həm də yenilik tərəfdarları üçün uyğundur.
  • Bu təhsildə daha öncə mövcud olan texnologiyalar öz işini davam etdirir
  • Bu formatda təhsil daha təhlükəsizdir və bilik səviyyəsinin aşağı düşməsinə səbəb olmur.

 

Hibrid təhsilin üstünlükləri nədir?

 

  • Tələbə bilavasitə dərsə hazırlaşmalı və dərsdə iştiraka qədər işini görməlidir.
  • Digər tələbə və müəllimlər ilə sürətli onlayn ünsiyyət hesabına tələbələrin motivasiyası artır.
  • Müəllif materiallarının və ümumi materialların birləşdirilməsi tələbələrə öyrəndikləri fənn üzrə biliklərini dərinləşdirmək imkanı verir
  • Rahat dərs qrafiki
  • Çevik dəyişən tədris ili
  • Müxtəlif üsullar ilə tədrisin keyfiyyətinə nəzarət etmək imkanı: mentorların iştirakı, dərslərin yazılması, yoxlama siyahıları və s.
  • Komanda formasında tədris. Hibrid təhsil – tədris prosesini sosial və şəffaf edən komanda fəaliyyətidir.
  • Evdə iş. Müəllim və tələbələr məsafədən işləyə bilərlər. Tədris prosesinə xarici mütəxəssislərin cəlb edilməsi imkanı yaranır.
  • Gender və sosial ayrıseçkiliyin olmaması: hibrid təhsil zamanı maddi rifah səviyyəsi, fiziki məhdudiyyətlər və ya gender ayırseçkilikləri ilə bağlı problemlər əhəmiyyətli dərəcədə azalmış olur.

 

Bu günün reallığında Azərbaycanda hibrid təhsil yeganə məqbul variantdır. Bu cür tədris daha çox fərdi və tələbə yönümlüdür: biz tələbənin tədris prosesindəki rolunu təyin edirik.

 

Hibrid təhsil öz-özünə yarana bilməz. Həm müəllimlər, həm tədris hissəsi, həm də tələbələr tərəfindən əlavə səylərə ehtiyaca var. Belə yeni modellər təhsilin inkişafına impuls verir.

Xəbər lenti