Logo

Monitorinq, dəyərləndirmə və qiymətləndirmə proqramları mövzusunda müzakirə - FOTOLAR

29.06.2022 15:44 99 baxış
IMG

Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə “Məktəblərdə inkişafa nail olmaq üçün zəruri monitorinq, dəyərləndirmə və qiymətləndirmə proqramları” mövzusunda panel-diskussiya təşkil olunub.

Tehsil.biz xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin nəzdində Humanist Pedaqogika üzrə Təhsil Təşkilatları Beynəlxalq Assosiasiyası tərəfindən təşkil olunmuş panel-diskussiya şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Panel-diskussiyaya moderatorluq edən Humanist Pedaqogika üzrə Təhsil Təşkilatları Beynəlxalq Assosiasiyasının prezidenti Asif Cahangirov və Amerika Birləşmiş Ştatlarının Corc Vaşinqton Universitetinin proqram direktoru Sevinc Məmmədova təhsilin davamlı inkişafı üçün monitorinq, dəyərləndirmə və qiymətləndirmə proqramlarının tətbiqinin əhəmiyyətindən söz açıblar.

Daha sonra BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Amerika Birləşmiş Ştatlarının Corc Vaşinqton Universitetinin professoru, fəlsəfə doktoru Skott Coftus, Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankininin iştirakı ilə monitorinq prosesində proqramların dəyərləndirilməsi və qiymətləndirilməsi üzrə zəruri səriştələrə malik olmağın vacibliyi, liderlik əlaqələri, məktəbdaxili monitorinqlər zamanı uyğun nəticə indikatorlarından istifadə və proqramın dəyərləndirilməsi prosesinin rəsmiliyinə dair müzakirələr aparılıb.

Müzakirələrdə iştirak edən təhsili idarəetmə qurumlarının nümayəndələri, məktəb direktorları və müəllimlərin təhsil müəssisələrində inkişafa nail olmaq üçün zəruri monitorinq, dəyərləndirmə və qiymətləndirmə proqramlarının tətbiqi, təhsilalanların biliyinin düzgün qiymətləndirilməsinin vacibliyi, ümumi təhsildə qiymətləndirmə prosesində daxili və xarici keyfiyyət təminatının təkmilləşdirilməsi, məktəbdaxili qiymətləndirmənin təşkilində müasir yanaşmaların mütəmadi olaraq nəzərdən keçirilməsi, beynəlxalq təcrübdə qiymətləndirmə və digər mövzulara dair sualları ətrafında fikir mübadiləsi aparılıb, qaldırılan məsələlərə aydınlıq gətirilib.

Xəbər lenti