Logo

"Universitetlər arasında "rəqabət" yaranır" - Elçin Əfəndi

17.01.2021 13:12 1105 baxış
IMG

"Fikrimcə, bütün universitetlərdə boloniya sistemi qorunub saxlanılsın".

 

Bu sözləri Tehsil.biz-ə açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib:

 

"Boloniya sistemində vahid, 100 ballıq qiymətləndirmə metodu var. Fikrimcə, bütün universitetlərdə boloniya sistemi qorunub saxlanılmalı və universitetlər bu sistemə köklənibsə, onun prinsiplərinə də riayət etməlidirlər".

 

Elçin Əfəndi universitetlərdə imtahan prosesinin vahid formaya salınmasının mümkünlüyünü vurğulayıb:

 

"Bütün tələbələrə vahid bir qiymət vermək olardı. Hətta, 50 balla bütün tələbələri imtahana buraxmaq lazım idi. Çünki, pandemiya dövrüdür, dərslər uzaqdan idarəetmə əsasında, distant formada təşkil olunur. Ölkə qanunvericiliyində distant təhsil tanınmasa da, bunun müqabilində bütün tələbələrə imtahana giriş balı 50 bal verilərdi. İmtahanda müvafiq olaraq nə bal toplayarsa, onun əsasında vahid bir qiymət çıxarmaq mümkün olardı. Lakin universitetlər tərəfindən fərqli ballar çıxarıldı. Bu da universitetlər arasında "rəqabət" yaranır".

 

Ekspert bu prosesin yaxşı hal olmadığını deyir:

 

"Tələbələr yüksək bal verilməsindən razı qalsalar da, əslində bu yaxşı hal deyil. Yaxşı olardı ki, hər bir universitet tələbəyə 50 bal verərdi və hər bir tələbə imtahandan nə əldə edəcəksə onun əsasında qiymət qazanardı. Bunun ən doğru və şəffaf qayda olacağını düşünürəm".

Xəbər lenti