Logo

“ASAPES qonağı” layihəsi start götürür

29.06.2022 17:26 80 baxış
IMG

ASAPES Multimedia Mərkəzi daha bir yeni layihəni təqdim edir.

Tehsil.biz xəbər verir ki, peşəkar komanda ilə müxtəlif TV və radio layihələrini gerçəkləşdirən Mərkəz bu dəfə “ASAPES qonağı” layihəsinə start verir. Ölkəmizdə idman sahəsində tanınmış simalar, Avropa, dünya və Olimpiya çempionları, veteran məşqçi və idmançılar bu layihədə yer alacaq.

Rüfət Nadirlinin təqdimatında yayımlanacaq proqram fərqliliyi ilə də diqqət çəkəcək. Veriliş həftədə bir dəfə olmaqla ASAPES-in YouTube kanalında, eləcə də rəsmi Facebook və Instagram səhifələrində canlı yayımlanacaq.

Səmimi söhbətlər, maraqlı müzakirələr, izləyicilər tərəfindən göndəriləcək suallar və onların birbaşa cavablandırılması – bütün bunlar “ASAPES qonağı”nda olacaq.

Xəbər lenti