Logo

I qrupun 1-cisi: “Hər hansı bir gəncin uğurunu görəndə bilirdim ki, BANM-in tələbəsidir”

29.06.2022 20:39 97 baxış
IMG

Fuad Qurbanov I ixtisas qrupu üzrə ən yüksək bal toplayan abituriyentdir.

Tehsil.biz xəbər verir ki, I qrup üzrə ölkə birincisi 695 bal toplayb. Əslən Cəbrayıl rayonundan olan Fuad Qurbanov Nəsimi rayonu 111 saylı orta məktəbin məzunudur. Fuad Qurbanov Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsi olmaq arzusundadır: “Bakı Ali Neft Məktəbinin tələbələrinin uğurları haqqında tez-tez eşidirdim. Burada təhsilin ingilis dilində olması tələbələr üçün böyük şanslar yaradır. Hər hansı bir gəncin uğurunu görəndə bilirdim ki, BANM-in tələbəsidir. İnformasiya təhlükəsizliyi ixtisasına marağım olduğuna görə də qərar gəldim ki, BANM-də təhsil almaq ən yaxşı seçimdir”.

I qrupun liderinin yüksək bal toplamaq istəyən gələcək abituriyentlərə məsləhəti də var: “  Yüksək bal toplamaq gözəl hissdir, insanın özü, ailəsi xoşbəxt olur. Yüksək bal toplamaq üçün ilk növbədə dərslərin və tapşırıqların mövzunu tam mənimsəmək önəmlidir. Dərindən öyrənmək lazımdır ki, yaddaşa həkk olunsun. Dərslərim çox olanda bütün vaxtımı ona sərf edirdim, istirahət  etmək istəyəndə futbola baxırdım, dostlarımla vaxt keçirirdim”.

Xəbər lenti