"Mingəçevir Gənclər Evi" Sosial Xidmət Müəssisəsi və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunan "20 Yanvar: şərəf və qəhrəmanlıq səhifəmiz" adlı anım görüşü keçiriləcək.
Görüş zamanı:
- İnsanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi tariximizə yazılan 20 Yanvar faciəsinin həqiqətləri;
- Xalqımızın azadlıq və ərazi bütövlüyü uğrunda apardığı mübarizəsi və qırılmaz əzmi;
- 20 Yanvar faciəsinin dünya ictimaiyyətinə çatdırılması sahəsində görülən işlər və bu sahədə gənclərin rolu ilə bağlı məlumat əldə edəcəksiniz. Həmçinin Qanlı Yanvar faciəsi və Qələbəmizi İkinci Qarabağ müharibəsində iştirak edən Ailəmizin Qəhrəmanları ilə müzakirə edə, Sizi maraqlandıran sualları ünvanlaya biləcəksiniz.
Qanlı Yanvar faciəsi xalqımızın iradəsini, azadlığımız uğrunda mübarizə əzmini qıra bilmədi. Həlak olan soydaşlarımız Azərbaycan tarixinə parlaq səhifə yazdılar və müstəqilliyimiz üçün yol açdılar.
Qeyd edə ki, görüş 20 Yanvar saat 11:00-da Zoom vasitəsi ilə baş tutacaq.