Logo

Ötən il Ağdamdan 606 məzun tələbə adını qazanıb

30.06.2022 13:07 111 baxış
IMG

2021-ci ildə Ağdam rayonunun ümumtəhsil müəssisələrini 1524 şagird bitirib və onların 1496 nəfəri buraxılış imtahanında iştirak edib. Attestat alanların 69.36 faizi (1048 nəfəri) I-IV qruplar üzrə qəbul imtahanlarında iştirak edib, 63.14 faizi (954 nəfəri) isə buraxılış imtahanlarının nəticələri əsasında V qrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün ərizə verib. Ümumilikdə attestat alanların 74.32 faizi (1123 nəfəri) ali təhsil müəssisələrinə qəbul kampaniyasında iştirak edib.

Tehsil.biz xəbər verir ki, bu məlumat 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları ilə bağlı Dövlət İmtahan Mərkəzinin elmi-statistik hesabatında yer alıb.

Hesabatda bildirilir ki, qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 606 məzunu (imtahanlarda iştirak edənlərin 53.96 faizi) tələbə adını qazanıb. Onların 34.82 faizi (211 nəfəri) dövlət, 1.65 faizi (10 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 59.08 faizi (358 nəfəri) dövlət, 4.46 faizi (27 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul olub.

Rayonun attestat qiymətləri əla olan abituriyentlərindən 15.61 faizi 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 24.28 faizdir. Qəbul imtahanlarında 115 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən 53, 101, 135 və 148 saylı, Mahrızlı və Soltanbud kənd tam orta məktəblərinin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb. 129 saylı tam orta məktəbin bir məzunu belə ali təhsil müəssisələrinə qəbul üçün sənəd verməyib.

Respublika üzrə yaxşı məktəblərin sırasına rayonun 34, 42, 52, 73, 79 və 88 saylı tam orta məktəbləri daxil olub.

Xəbər lenti