Logo

Azərbaycan innovativ ekosisteminin inkişafına görə CAREC ölkələri arasında 6-cı olub

30.06.2022 15:23 104 baxış
IMG

Azərbaycan innovativ ekosisteminin inkişaf etdirilməsinə görə Asiya İnkişaf Bankının (ADB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına (CAREC) daxil olan ölkələr arasında 6-cı yerdə, dünya üzrə isə 4 pillə irəliləyərək 85-cü yerdə qərarlaşıb.

Tehsil.biz xəbər verir ki, bu barədə bu gün CAREC ölkələrinin startap xəritəsinin və innovasiya şəbəkəsinin təqdimatına həsr edilmiş vebinarda qeyd edilib.

Vurğulanıb ki, xəritənin hazırlanmasında əsas məqsəd CAREC ölkələrinin ekosisteminə əsaslanan ən yaxşı DATA-nı təyin etməkdir: “Əsas məqsəd CAREC ölkələrində baş verən innovativ yeniliklərdən insanların məlumatlanmasıdır. Xəritə CAREC ölkələrində mövcud olan innovasiyanın səviyyəsini göstərir. Bununla yanaşı, xəritə CAREC regionunda ekosistemi daha yaxşı anlamağa imkan verir. İnnovasiyalar sahəsində bu ölkələrdə hansı sahələrdə boşluqları və daha yaxşı əməkdaşlıq istiqamətlərini göstərir”.

Qeyd edilib ki, son illər ərzində CAREC regionu startap ekosistemlərinin inkişafının iqtisadi faydalarını anlamağa başlayıb.

Bildirilir ki , hər bir üzv ölkə təşviqlər təklif etməklə, sürətləndirici proqramlara ev sahibliyi etməklə və texnoloji parklar yaratmaqla biznesin yaradılması perspektivlərini yaxşılaşdırmaq üçün tədbirlər görüb.

CAREC-ə üzv olan 11 üzv ölkə arasında Çin və Pakistan uğurlu startap ekosistemlərini inkişaf etdirərək, öndə gedənlər sırasındadırlar. Xəritəyə əsasən hazırda CAREC ölkələrində 6 775 startap var.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramında 2003-cü ildən iştirak edir.

Xəbər lenti