Logo

ADPU ilə Azərbaycana Birgə Yardım Təşkilatı arasında anlaşma memorandumu imzalanıb - FOTOLAR

30.06.2022 15:50 96 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) arasında görüş keçirilib.

Görüşdə UAFA-nın təsisçisi Qven Börçel, Uşaqlıq dövründə sağlamlıq, təhsil, sosial inkişaf üzrə baza kursu (CHED) proqramının meneceri Ülviyyə Mirzəyeva, ADPU-nun rektoru professor Cəfər Cəfərov, beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova, Məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Rəna Həsənova iştirak ediblər.

Tehsil.biz xəbər verir ki, görüşdə iki tərəf arasında imzalanacaq əməkdaşlığa dair anlaşma memorandumu barəsində ilkin müzakirələr aparılıb. Hər iki tərəfin razılığı ilə memorandumda ADPU-nun müvafiq ixtisaslarında təhsil alan və gələcəkdə xüsusi qayğıya ehtiyacı olan şəxslərlə işləməyi planlaşdıran tələbələri üçün UAFA-nın mərkəzlərində təcrübə proqramları və təlimlər, birgə yerli və beynəlxalq səviyyəli konqres, konfrans və maarifləndirici tədbirlərin təşkil olunması və s. nəzərdə tutulub.

Sonda ADPU ilə UAFA arasında anlaşma memorandumu imzalanıb.

 

Xəbər lenti