Logo

Cüneyt Arkın dəfn olundu - Fotolar

30.06.2022 16:25 104 baxış
IMG

İstanbulda əfsanəvi aktyor Cüneyt Arkınla vida mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, mərasim Atatürk Kültür Mərkəzində baş tutub.

Mərasimdə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Cüneyt Arkının həyat yoldaşı Betül Cüreklibatır, övladları Murat Arkın, Kaan Cüreklibatır, sənətçilər və sevənləri iştirak edib.

Bununla yanaşı, vida mərasimi zamanı Cüneyt Arkının rol aldığı filmlərdən parçalar nümayiş etdirilib.

Mərasimdən sonra C.Arkın Zincirlikuyu qəbiristanlığında dəfn edilib.

Xatırladaq ki, Cüneyt Arkın iyunun 28-i dünyasını dəyişib. O, İstanbulda müalicə aldığı xəstəxanada 85 yaşında Vəfat edib



 











Xəbər lenti