Logo

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Məzun günü” keçirilib - FOTOLAR

30.06.2022 16:45 131 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Məzun günü” keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdən öncə universitet rəhbərliyi ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri qoyublar.

Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının baş katibi Orduxan Qəhrəmanzadə, Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinin icra edən Elnarə Əliyeva, Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağızadə, universitetin prorektorları, dekanları, digər rəhbər şəxsləri, tələbələr və valideynlər iştirak ediblər.

“Məzun günü” Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən rektor Cəfər Cəfərov məzunlara gələcək həyatlarında uğurlar arzulayıb. Rektor builki “Məzun günü”nün digərlərindən əsas fərqli cəhəti kimi onun “Şuşa İli” çərçivəsində keçirildiyini diqqətə çatdırıb. Müzəffər Ali Baş Komandanın və şanlı Ordunun zəfərindən danışan rektor Vətən müharibəsində ADPU-nun 200-dən çox məzununun iştirak etdiyini və 13 şəhidi olduğunu bildirib və onların qarşısında müqəddəs borcumuz olduğunu bir daha vurğulayıb.

“Məzun günü”ndə universiteti yüksək ümumi ortalama müvəffəqiyyət göstəricisi ilə bitirən və təhsil aldığı müddətdə fəal olan bir qrup tələbə fəxri fərmanla təltif olunub.

Daha sonra tədbir konsert proqramı ilə davam edib.

 

Xəbər lenti