Logo

UNEC-də Virtual dekanlıqda 60-a yaxın magistrantın müraciəti dinlənilib

17.01.2021 19:37 519 baxış
IMG

UNEC-də Virtual dekanlıqda ZOOM platforması üzərindən həftə içi hər gün tələbə və magistlərin müraciətləri dinlənilir.

 

Universitetdən Tehsil.biz-ə verilən məlumata görə, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində bu həftə 60-a yaxın magistrantla açıq qapı formatında görüşü keçirildi. BMDM-in direktoru dos. Fariz Əhmədov və mərkəzin müavini, katibi, proqram rəhbərləri və katibliyin əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə magistrantların müraciətləri dinlənilib, sualları cavablandırılıb.

 

Xatırladaq ki, 11 dekabrdan başlayan görüşlər müəyyən olunmuş qrafikə əsasən, BMDM-də I-IV günlər 15:00-da, V gün mərkəz direktorunun iştirakı ilə 19:00-da keçirilir.

Xəbər lenti