Logo

Biləsuvarda uşaq bağçasında bədbəxt hadisə iddiaları ilə bağlı Regional Təhsil İdarəsindən AÇIQLAMA

30.06.2022 21:59 111 baxış
IMG

Biləsuvarda uşaq bağçasında bədbəxt hadisə baş verib.

Bu barədə Oxu.az redaksiyasına daxil olan məlumatda qeyd olunub. 

Vətəndaş iddia edir ki, rayonun Əliabad kənd uşaq bağçasında nəzarətsiz qalan 4 yaşlı İbrahimov Mircihad Samir oğlunun üzərinə şkaf aşıb. Uşaq aldığı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanladıq. Şirvan-Salyan Regional Təhsil İdarəsindən Oxu.Az-a bildirilib ki, məsələ raşdırılır. İctimaiyyətə ətraflı məlumat veriləcək.

Xəbər lenti