Logo

İTACA layihəsinin ixtisasartırma kursuna sənəd qəbulu başlayıb

30.06.2022 22:29 146 baxış
IMG

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən İTACA layihəsinin “Ətraf Mühitin Bərpası və Dayanıqlı Neft-qaz Hasilatı” ixtisasartırma kursuna sənəd qəbulu başlayıb.

Tehsil.biz xəbər verir ki, ixtisasartırma kursu müvafiq sahə üzrə magistr dərəcəsinə malik namizədlər üçün açıq elan edilib.

Kursda iştirak üçün seçiləcək 25 tələbə layihənin Avropadan olan tərəfdaşlarından Danimarkanın Aalborg, İtalyanın Roma Sapienza, İspaniyanın Granada və Yunanıstanın Patras Universiteti və Azərbaycanın Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin birgə hazırladığı “Ətraf Mühitin Bərpası və Dayanıqlı Neft-qaz Hasilatı” üzrə ən müasir proqramla 60 kreditlik xüsusi ixtisasartırma kursunu keçəcək.

Layihə çərçivəsində seçilmiş 12 tələbə Avropada  bütün xərclər tamamilə İTACA layihəsi tərəfindən qarşılanmaqla 3 aylıq təcrübə keçmək şansı qazanacaq.

Kursa müraciət qaydaları və digər məsələlər haqqında məlumat üçün aşağıdakı linkə müraciət edin. 

https://bit.ly/3aaN6NH

Son tarix: 5 iyul 2022-ci il

Xəbər lenti