Qazaxda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Avtomobil yolu keçən 2012-ci il təvəllüdlü Heydərli Yeganə Ramil qızını vurub.
Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş beyin əziyi diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.