Azərbaycan Respublikası təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Sadıxov Seymur Rövşən oğlu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Maliyyə-iqtisadiyyat sektorunun müdiri vəzifəsinə təyin edilib.
Tehsil.biz xəbər verir ki, bu vəzifəyədək o, “Maqro Construction” MMC-nin mühasibatlıq şöbəsinin müdir müavini olaraq fəaliyyət göstərib.
Seymur Sadıxov həmçinin 2012-2021-ci illərdə “Yapı Kredi Bank Azərbaycan” QSC-də və Azərbaycan Texnologiya Universitetində müxtəlif vəzifələrdə çalışıb.
Qeyd edək ki, S.Seymur bakalavr təhsilinin bir hissəsinin Almaniya Federativ Respublikasında alıb.