Logo

Magistrantlar “Everton” FK-da Media və Kommunikasiya “Workshop”u keçiblər - FOTOLAR

01.07.2022 14:04 103 baxış
IMG

1878-ci ildə yaradılan “Everton” FK Liverpul şəhərini təmsil edir və İngiltərə Premyer Liqasının ən köklü klublardan biridir.

Tehsil.biz xəbər verir ki, komandanın media meneceri Endi Neyld, onun assistenti Helen Mayo və qadınlardan ibarət komandanın media meneceri Co Qaskell “İdman jurnalistikası” magistr proqramının tələbələrinə “Media kommunikasiya və PR” üzrə “workshop” keçiblər.

Klubun media və kommunikasiya işlərinin təşkili və idarə olunması, komandanın sosial media hesabları, atletlərə media təliminin keçirilməsi, PR işinin təşkili, mətbuat konfrasların keçirilməsi, oyun öncəsi və sonrası işlərin təşkilini əhatə edən “workshop” zamanı klub rəsmiləri tələbələrin suallarını da cavablandırıblar.

Daha sonra “Everton”un ev oyunlarını keçirdiyi “Goodison Park” stadionunun infrastrukturu ilə tanış olan magistrantlara media nümayəndələri üçün ayrılmış tribunalar və onların iş otağı, “SKY BOX”, mətbuat konfransı otağında işlərin təşkili haqqında ətraflı məlumat verilib.

Xəbər lenti