Logo

Millət vəkili: "Azərbaycan polisi müstəqil Azərbaycan xalqının təhlükəsizliyinin təminatçısıdır"

02.07.2022 09:32 581 baxış
IMG

"Azərbaycan polisi müstəqil Azərbaycan xalqının təhlükəsizliyinin və firavan yaşamağının təminatçısıdır".

Bu sözləri "Tehsil.biz"ə açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

O qeyd edib ki, 2 iyul tarixi ölkəmizdə ən şərəfli işi, ictimai asayişi, xalqımızın təhlükəsizliyini qorumaq kimi ali vəzifəni həyata keçirən və dövlətimizin əsaslarını möhkəmləndirən Azərbaycan polislərinin peşə bayramıdır:

"Həftə ərzində 7 gün, gün ərzində 24 saat təhlükəsiz yaşamaq istəyən hər bir insan polisə etibar edir və bu etibar hörmət və inamla şərtlənir. Bu prinsiplər, polis-vətəndaş münasibətləri üzərində köklənir. Bütün dünyada polis çətin şəraitdə işləyir. Uzaqdan hər şey çox gözəl və rahat görünə bilər. Eyni zamanda, hər bir insanın “tərcümeyi-hal”ında kifayət qədər çətin anlar olur. Bu, təbiidir. Həyatın elə çağları, məqamları, hətta anları var ki, onlar insanın daxilində mənəvi bir öhdəlik yaradır. Ancaq, deyəsən, polisin həyatı və xidməti elə bu cür anlardan ibarətdir və bəzən bu, onun həyatı bahasına başa gəlir".

Millət vəkili bildirib ki, hər bir peşənin bir-birindən fərqli xüsusiyyətləri, üstünlükləri və çətinlikləri var:

"Bu peşələrin içində polisin xidməti çətinliyi və məsuliyyəti ilə seçilir. Bu məsələyə diqqət çəkərək Ulu öndər Heydər Əliyevin polis peşəsi haqqında söylədiyi fikirləri yada salmaq kifayətdir: Ümummilli lider deyirdi: "Polis peşəsi ağır peşədir, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, təhsil və təcrübə tələb edir."

Deputatın fikirlərinə görə, Azərbaycan polisi yarandığı gündən xalqımız və dövlətimiz qarşısında şərəfli və ləyaqətli xidmətləri ilə uzun tarixi yol qət etmişdir:

"Müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 44 günlük vətən müharibəsində işğal altında olan torpaqlarımızı işğaldan azad etdi. Bu tarixi zəfərin qazanılmasında Azərbaycan polisinin böyük xidmətləri olmuşdur. Müharibə davam etdiyi dövrdə polis işçiləri ölkədaxili asayişi yüksək səviyyədə qorumağı, iğtişaş yaratmağa çalışan bəzi qüvvələri yerindəcə zərərsizləşdirməyi bacarmışlar. 2019-cu ilin sonlarından başlayaraq bütün dünyada böyük problemlərin yaranmasına səbəb olan və hələdə davam edən COVİD-19 pandemiyasının ölkəmizdə tüğyan etdiyi dövrdə də Azərbaycan polisinin yüksək səviyyəli xidmətləri, xalqın sağlamlığı baxmınında çətin dövrləri yaşamasına baxmayaraq vətəndaş məmnunluğunu qazanmağı bacarıb. Əminliklə deyə bilərik  ki, bu gündən sonra da Azərbaycan Polisi ölkəmizin tərəqqisi, xalqımızın azad, firavan və təhlükəsiz yaşaması yolunda daim yüksək səviyyəli xidməti ilə fərqlənəcəkdir".

Xəbər lenti