Ermənistanın növbəti təxribatının qarşısını almaq məqsədi ilə əks hücuma keçən Milli ordumuz ərazilərimizin bütövlüyünün bərpası uğrunda düşmənə sarsıdıcı zərbələr endirərək torpaqlarımızı azad etməkdə davam edir.
Tehsil.biz xəbər verir ki, ordumuza dəstək məqsədilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən 5 oktyabr tarixində ordu qərargahına yüksək keçidli avtomobillər kateqoriyasına aid, texniki imkanları hərbi nəqliyyat vasitələrinə uyğun olanMitsubishi Pick-up L200 avtomobili təqdim olunub.