Məşhur britaniyalı rəssam Frensis Bekonun əsərlərindən biri rekord qiymətə satılıb.
Tehsil.biz xəbər verir ki, rəsm əsəri Böyük Britaniyanın ən böyük hərrac evlərindən biri olan “Sotheby's” hərrac evində satışa çıxarılıb. “Lusian Freydin portret işi” adlı sənət əsəri təxminən 53 milyon dollara alıcı tapıb.
Hərrac evindən verilən məlumata görə, rəsm hərraca çıxarılmamışdan əvvəl fərdi sənət kolleksiyasında 40 il ictimaiyyətdən gizlədilib.