Logo

Bu gün I və IV ixtisas qrupları üzrə imtahana qeydiyyat başa çatır

04.07.2022 10:21 99 baxış
IMG

I və IV ixtisas qrupları üzrə imtahanlarda iştirak etmək istəyənlər 4 iyul saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin internet səhifəsində qeydiyyatdan keçməlidirlər.

Tehsil.biz xəbər verir ki, imtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.

4 iyul saat 09:10-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 20506, IV ixtisas qrupu üzrə isə 3959 abituriyent ərizəsini təsdiq edib.

Abituriyentlər “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını (40 AZN) əlavə edib verilən link (https://eservices.dim.gov.az/erizebak/cehd2/) vasitəsilə imtahana yazıla bilərlər. Aşağıdakı kateqoriyadan olan abituriyentlər üçün imtahan ödənişsizdir: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; şəhid ailəsinin üzvləri; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; məcburi köçkün statusu olan şəxslər; I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar. Bu abituriyentlər haqqında məlumat DİM tərəfindən müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla əldə olunur.

Xatırladaq ki, II və III ixtisas qrupları üzrə imtahan vermək istəyənlərin qeydiyyatı 21 iyunda başa çatıb və II ixtisas qrupu üzrə 12777, III ixtisas qrupu üzrə 16619 abituriyent ərizə təqdim edib.

Xəbər lenti