Logo

Yeniyetmələrin 26-cı Balkan Riyaziyyat Olimpiadasında məktəblilərimiz uğurla çıxış edib

04.07.2022 13:53 119 baxış
IMG

28 iyun – 3 iyul tarixlərində Bosniya və Herseqovinanın Sarayevo şəhərində Yeniyetmələrin 26-cı Balkan Riyaziyyat Olimpiadası təşkil edilib.

Tehsil.biz xəbər verir ki,Sözügedən yarışda məktəblilərimiz uğurla çıxış edərək 2 gümüş, 3 bürünc medal qazanıblar. Belə ki , Türkiyə Dəyanət  Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdi Saleh Məmmədli və Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Səid Bəkirov gümüş,  Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi İbrahim Kərimli, Türkiyə Dəyanət  Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdi Telman Məmmədov və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin IX sinif şagirdi Mirhəbib Əsgərov bürünc medal qazanıb. 

Qeyd edək ki, şagirdlərimiz Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında 2010-cu ildən iştirak edir.  Bu günə kimi 3 qızıl, 21 gümüş, 25 bürünc olmaqla,  ümumilikdə 49 medal əldə edilib.

Xəbər lenti