Logo

Magistrantlar Boltonda görüşlər keçiriblər - FOTOLAR

04.07.2022 21:53 311 baxış
IMG

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman jurnalistikası” magistr proqramının tələbələri Bolton Universitetinin və ali təhsil ocağının sponsorluq etdiyi “Bolton” Futbol Klubunun ev oyunlarını keçirdiyi “University of Bolton Stadium” arenasının rəsmiləri ilə görüşüblər.

Tehsil.biz xəbər verir ki, media, audio və radio, kommunikasiya, fotojurnalistika, film ixtisaslarının tədris olunduğu və 2022-ci akademik ilindən rəqəmsəl media ixtisasının qəbuluna başlayan Bolton Universitetinin Pekin, Sinqapur və Dubay kimi şəhərlərdə də filialları fəaliyyət göstərir. Magistrantlarımızla görüşən universitet nümayəndələri tələbələrə burada tədris olunan ixtisaslar, filiallar və görülən işlər haqqında geniş məlumat verib, onları universitetin media və yayım otaqları, laboratoriya, eləcə də istifadə olunan avadanlıqlarla tanış ediblər.

ASAPES-lə əməkdaşlıq etməyə hazır olduqlarını bildirən universitet rəsmiləri tələbələrə universitetin 100 illiyinə həsr olunmuş kitab hədiyyə ediblər.

Daha sonra universitetin uzun illərdir sponsorluq etdiyi “Bolton” FK-nın rəsmiləri ilə görüşən tələbələrimiz üçün “Bolton” FK stadionunun tur rəhbəri Conatan Mayls tərəfindən stadion turu təşkil edilib. Görüşün sonunda isə klubun Media və Kommunikasiya meneceri Lyük Qallager və İctimaiyyətlə əlaqələr üzrə meneceri Dominik Petersdən müsahibə alınıb.

 

Xəbər lenti