Logo

Din xadimi: "Qurban imkanlı insanlar tərəfindən kəsilməlidir"

04.07.2022 23:46 450 baxış
IMG

"Qurban kəsmək yalnız Həcc ziyarətində olanlar üçün vacibdir".

Tehsil.biz xəbər verir ki, bu fikirləri "Report"a  açıqlamasında din xadimi Hacı Şahin Həsənli bildirib.

Onun sözlərinə görə, digər müsəlmanlara qurban kəsmək vacib deyil, lakin qurban bəyənilən bir əməldir:

"Qurban imkanlı insanlar tərəfindən kəsilməlidir. Kimin imkanı varsa, qurban kəsməlidir. qurban bayram günü kəsilir və ehtiyacı olan insanlar arasında paylanılır. Neçə pay verilməsi haqqında dəqiq göstəriş yoxdur. Ailəni təmin edəcək qədər qurban ətinin verilməsi məqsədəuyğundur".

Həmçinin din xadimi onu da vurğulayıb ki, qurban kəsib paylamağın mənəvi əhəmiyyəti və ictimai önəmi var:

"Mənəvi əhəmiyyəti ondan ibarətdir ki, insan qurban kəsməklə rəmzi mənada öz nəfsini qurban kəsir, ictimai baxımından da qurban paylaşmaq əhval-ruhiyyəsi yaradır, yoxsulların halına biganə olmamaq üçün buyurulur".

Qeyd edək ki, Azərbaycanda iyulun 9-10-u Qurban bayramı qeyd olunacaq.

Xəbər lenti